Beynəlxalq Müəllimlər günü münasibəti ilə müəllimimiz diplomla təltif olundu

"Müəllim - geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən"  insandır.Azərbaycan cəmiyyətində müəllim əməyi  daim qiymətləndirilib.Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan müəlliminə  verilən dəyər, ehtimad  ölkə başçısı və I Vitse Prezident tərəfindən bu gün də davam etdirilir. Hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdur.

Müəllim günü ərəfəsində məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Nəzakət Əbilova diplomla  təltif olundu. Əminik ki, şərəfli müəllim peşəsinə bağlı olan səriştəli fədakar təhsil işçiləri üçün ölkə başçısı,Təhsil Nazirliyi,BŞTİ tərəfindən bayram ərəfəsində verilən fəxri adlar və təltiflər onları daha da əzmlə çalışmağa təhsilimizə daha böyük töhvələr verməyə həvəsləndirəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi