Məktəbdə Beynəlxalq Müəllimlər günü qeyd olundu

 

Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.

05 oktyabr 2018-ci il tarixində məktəbimizdə də 05 oktyabr - Beynəlxalq Müəllimlər günü qeyd olundu. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Jalə Hacıyeva  olduqca şərəfli bir günün qeyd olunduğunu deyib və bu müqəddəs peşəni layiqincə daşıyan bütün müəllimləri təbrik etdi. Müəllim peşəsinin şərəfli və eyni zamanda olduqca məsuliyyətli olduğunu diqqətə çatdıraraq, bu işdə orta məktəb müəllimlərinin çiyinlərinə xüsusi məsuliyyət düşdüyünü qeyd etdi.

Tədbirdə məktəbin fəal şagirdləri öz növbələrində müəllim qayğısını, müəllim sevgisini özündə əks etdirən şeirlər, mahnılar ifa edərək sevimli müəllimlərini təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi