Məktəbdə Beynəlxalq Sülh gününə həsr edilmiş tədbir keçirildi

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

Bu məqsədlə məktəbdə 1ç sinfinin sinif rəhbəri Kəramət Quliyevanın rəhbərliyi ilə  Beynəlxalq Sülh gününə həsr olunmuş tədbir keçirildi.. Tədbirdə balaca fidanlar sülhə aid şeirlər söylədilər , mahnılar oxudular . Sülh rəmzi olan göyərçin və yer kürəsini əks etdirən rəsm sərgisi nümayis edildi . Tədbirin sonunda Quliyeva Kəramət şagirdlərlə birlikdə məktəbin həyətində toplasaraq sülh rəmzi olan ağ göyərçinləri ve şarları aydın səmaya uçurtdular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi