15 sentyabr Bilik Günü

        “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində 15 sentyabr "Bilik günü" elan edilmişdir.Bu məqsədlə 15 sentyabr 2018-ci ildə məktəbimizdə Bilik günü ilə əlaqədar tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni  səsləndikdən sonra. ilk olaraq məktəbin direktoru J.Hacıyeva tədbiri giriş sözü ilə açaraq bu il ilk dəfə məktəbə qədəm qoyacaq şagirdlərə,onların valideynlərinə bu önəmli və zəhmətli yolda uğurla addımlamağı və onlara gələcəkdə Azərbaycan xalqına layiq övlad olmağı arzuladı.15 sentyabrın tarixi gün olması haqqında da məlumat verən məktəbin tarix müəllimi Fehruzzadə Xatirə də hamını bu gün münasibətilə təbrik etdi.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini R.İsmayılova,ibtidai sinif müəllimləri və məktəbin məzunu Ə.Kazımova öz təbriklərini və minnətdarlıqlarını tədbir iştirakçılarına çatdırdılar. Tədbir maraqlı musiqi nömrələri ilə davam etdi."Bilik günü” nə həsr olunmuş təntənəli tədbir "İlk zəng”in sədaları ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi