Məktəbdə 2018/2019-cu tədris ilinin ilk pedaqoji şura iclası keçirildi

14 sentyabr 2018-ci ildə R.Nəsirov adina 111 sayli tam orta  məktəbdə 2018/2019-cu tədris ilinin ilk pedaqoji şura iclası keçirildi. İclası məktəbin direktoru J.Hacıyeva  giriş sözü ilə açaraq hər kəsi yeni tədris ilinin başlaması münasibətilə təbrik  edərək  2017/2018 –ci tədris ilinin yekunu, “Təhsildə keyfiyyət ili” çərçivəsində aparılmış işlər,qazanılmış uğurlar haqqında hesabat məruzəsi ilə çıxış etdi. İclasda şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, onların biliyinin qiymətləndirilməsi, davamiyyət, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, şagirdlərin I sinifə qəbulu, məktəbəhazırlıq qruplarının təşkilinin əhəmiyyəti barədə və digər müvafiq məsələlərə toxunuldu.İlk pedaqoji şura iclasında “Təhsildə keyfiyyət ili” çərçivəsində təlim-tərbiyə prosesində uğurları olan və eyni zamanda 65 yaşı tamam olan müəllimlər Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi