20 Yanvar-Şərəf və Qürur Günümüz!

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, xalqımızın azadlıq istəyinin oyanış günüdür.Bu il xalqımız 20 Yanvar hadisələ¬rinin 26-cı ildönümünü qeyd edir,igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.Bu məqsədlə 11-19 yanvar 2015-ci il tarix məktəb üzrə “Vətənpərvərlik həftəsi”elan edildi. Həftə ərzində bütün siniflərdə mövzuya uyğun təqdimatlar təqdim edildi. 19 yanvar 2015-ci il tarixdə isə məktəbimizdə hər il olduğu kimi xalqımızın Şərəf və Qürur Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin yuxarı sinif şagirdləri tərəfindən təşkil edildi.Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi başlandı. Vətən uğrunda can¬la¬rını qurban vermiş mərd, igid oğul və qızla¬rımızın faciəsini oz səhnəciklərində əks etdirən bu günün İlhamı,Fərizəsi,Larisası,İbrahimi olan şagirdlərimizin emosional çıxışları zalda əyləşən hər kəsin göz yaşlarına səbəb oldu.Tədbirdə eyni zamanda 111 N-li məktəbin adını daşıdığı,məktəbin məzunu, şəhid Rövşən Qaraxan oğlu Nəsirovun da xatirəsi etiramla yad edildi və məktənin qarşısındakı abidəsinin önünə qərənfillər düzüldü.Hər il olduğu kimi bu Şərəf Gününü məktəbimizin kollektivi qürurla andı .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi