”Çalışaq,sağlam olaq" mövzusunda məktəbdə elmi nəzəri praktik konfrans keçirildi

iyunun 5-də Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli(GMO) məhsullarla bağlı  əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin keçirilməsi “ adlı layihə çərçivəsində “Önəmli olan,məhsulun tərkibi və bizim sağlamlığımızdır,”Çalışaq,sağlam olaq mövzusunda məktəbdə elmi nəzəri praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Jalə Hacıyeva qonaqları:Layihə rəhbəri M.Əliyev,Nəsimi rayon Gənclər və idman idarəsinin nümayəndəsi R.İsmayılov,ARGTMŞ-n layihələr üzrə koordinatoru S.Mehrəliyevi  təqdim etdikdən sonra Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kompaniyasına ehtiyac olduğunu və bu tədbirlərin ardıcıl olaraq keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Layihənin rəhbəri M.Əliyev çıxış edərək layihə çərçivəsində keçirilən tədbirlərdən və bu tədbirlərdə çoxsaylı gənclərin  faydalanmasından söhbət açıb və qeyd etdi ki,GMO məhsullarının istehsalı fasiləsiz olaraq artır.

Tədbirin keçirilməsində əsas məqsəd  bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli(GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq,bu barədə əhalini məlumatlandırmaqdır.

Sonda mövzulara aid fotoslaydlar və videoçarxlar nümayiş olundu, suallar cavablandırıldı və Genetik modifikasiya olunmuş orqanizmli(GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında şagirdlərə maarifləndirici bukletlər paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi