“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə möhtəşəm tədbir keçirildi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

01 iyun 2018-ci il tarixdə məktəbdə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə möhtəşəm tədbir keçirildi. Tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış uşaqların maraqlı kompozisiyaları və rəqslərinin nümayişi ilə davam etdirildi,asfalt üzərində rəsmlər çəkildi. Tədbirdə iştirak edən valideynlər uşaqların sevincinə qoşuldular. Məktəbin direktoru və təlim tərbiyə işləri üzrə direktor müavini çıxış edərək onlara göstərilən dövlət qayğısından danışdı və uşaqları bayram münasibətilə  təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi