Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar ədəbi-bədii tədbir keçirildi

Mayın 31-də məktəbin akt zalında 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar ədəbi-bədii tədbir keçirildi. Azərbaycannın dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə,Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının xalqımızın dövlətçilik salnaməsinin yaddaqalan səhifələrindən biri olduğu, AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadığı vurğulandı.Şagirdlər Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışaraq, şerlər söylədilər, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi