"Əlvida ibtidai sinif" adlı tədbir keçirildi

30may 2018-ci il tarixdə məktəbin ibtidai sinif müəlliməsi Quliyeva Kəramətin rəhbərlik etdiyi 4”ç” sinif şagirdlərinin ibtidai təhsili bitirmələri münasibətilə buraxılış gecəsi keçirildi. Tədbiri giriş sözü ilə Kəramət Quliyeva açaraq bütün mərasim iştirakçılarını salamladı, valideynləri, şagidləri, müəllimləri  bu gün münasibətilə təbrik etdi.  Sonra isə söz günün səbəbkarlarına verildi. Balaca məzunlarımız bu vaxtadək qazandıqları bilik və bacarıqlarını nümayiş etdirərək bir çox dillərdə şeir, mahnı ifa etdilər,vətənpərvərlik mövzusunda çıxışlarını, hazırladıqları səhnəcikləri və dünya xalqlarının rəqslərini məharətlə nümayiş etdirdilər. Onların hər bir çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.Eyni zamandı növbəti tədris ilində şagird adı qazanacaq beş yaşlılar öz çıxışları ilə tədbirə daha böyük maraq qatdılar.
Məktəbin direktoru  Hacıyeva Jalə  çıxış edərək ibtidai təhsili uğurla bitirmələri münasibətilə  şagirdləri, müəllimləri və valideynləri təbrik etdi.  Müəllimlərin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri bilik və bacarıqları yüksək qiymətləndirdi və onlara gələcək tədris illərində  müvəffəqiyyətlər arzulandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi