AXC-nin 100 illik yubileyi münasibətilə “Şanlı tarixdən  bir gün” adlı açıq dərs keçirildi

               25 may  2018-ci il tarixdə AXC-nin 100 illik yubileyi ilə əlaqədar tarix müəllimi Fehruzzadə Xatirənin  rəhbərliyi ilə 7”a” sinfində “Şanlı tarixdən  bir gün” adlı açıq dərs keçirildi.Açıq dərsdə əsas məqsəd AXC-nin yaranmasını,onun fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirtdiyi tədbirləri şagirdlərə çatdırmaq idi.Dərsin gedişatında ilk öncə AXC-nin yarandığı dövrün siyasi vəziyyəti haqqında məlumat verildi.Daha sonra şagirdlərin iştirakı ilə “İstiqlaliyyət bəyannamə”sinin necə qəbul edildiyini  göstərən səhnəcik nümayiş etdirildi.AXC-nin mövcud olduğu dövrdə hökumətin həm daxili,həm də xarici siyasəti haqqında məlumat verildi,dövlət bayrağının,parlamentin,milli ordunun,yaradılması,təhsil sahəsində verilən qərarlar,və s. tədbirlər haqqında ətraflı danışıldı.Sonda AXC-nin fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirildi.Dərsin nəticəsinə görə şagirdlər AXC-nin Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb etdiyini mənimsədilər,onun müsəlman şərqində ilk parlamentli Respublika olduğunu öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi