”Narkotiklərə  yox deyək” adlı görüş keçirildi

23 may 2018-ci il tarixdə məktəbdə”Narkotiklərə  yox deyək!” adlı görüş keçirildi.Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına çatmayalanlarla iş profilaktikasının təşkili bölməsinin rəisi,Polis Polkovnik Leytenantı Ömərova Məryəm , həmin bölmənin Baş İnspektoru Polis mayoru Ələkbərova Kəmalə, Narkotika ilə mübarizə İdarəsinin Baş Əməliyyat Müvəkkili,Polis Polkovnik Leytenantı Nəcəfov Vüqar iştirak etdilər. Tədbirdə şagirdlərlə narkomaniyaya,hüquqazidd əməllərlə və zərərli vərdişlərə qarşı mübarizə mövzularında proflaktiki  söhbətlər aparıldi.Eyni zamanda məktəbin müəllim heyəti və valideynlərlə mövzu ilə bağlı müzakirələr edildi.Sonda şagirdlərin  ünvanladığı suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi