Narkomanlığ və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi mövzusunda görüş keçirildi

11 may 2018-ci il tarixdə məktəbdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi mövzusunda XI sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə Nəsimi Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar üzrə iş bölməsinin baş inspektoru Sayadlı Faiq,inspektor İlyasov Cavidan,19-cu Polis bölməsinin Yetkinlik yaşına çatmayanlar üzrə iş bölməsinin inspektoru Əhməd Zeynalov iştirak etdilər. Görüşün məqsədi  bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlar haqqında şagirdləri maarifləndirmək və ondan qorunmağın yolları, bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyi, görülən işlər barədə məlumatlar verildi. Sonda mövzu ətrafında şagirdlər ilə fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi