Futbolda uğur

Məktəbimizin 8B sinif şagirdi,Təhsil Respublika idman mərkəzi Rioeugim komandasının üzvü Əliyev Əliəkbər 7-15 dekabr 2015-ci il tarixində Türkiyənin Unye şəhərində keçirilən Yıldız Gənclər futbol yarışında iştirak etmişdir.2001-2002 doğum tarixli oyunçulardan ibarət Rioeugim komanda oynadığı yarışlarda uğur əldə etmiş və finala qədər yüksələrək yarışda II yer tutmuşdur. Türkiyə mediyasına müsahibə verən komandanın məşqçisi H.Həmidov yarışın təşkilindən, komandanın iştirakından çox razı qaldığını və qələbə qazanaraq Azərbaycan bayrağını qaldırdıqlarını bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi