Kimya fənnindən açıq dərs keçirildi

19 aprel 2018-ci il tarixdə IX”c” sinfində kimya fənnindən “Metallar” mövzusunda açıq dərs keçirildi.Şagirdlər üç qrupa bölündülər: Aliminium, Litium, Sink. Dərsdə interaktiv təlim metodlarından  istifadə edilərək  kompyuter texnologiyası vasitəsilə metallar mövzusuna aid  videoroliklər və təqdimatlar şagirdlərin nəzərinə çatdırıldı. Bu isə  şagirdlərin marağına və fəallıqlarının artmasına səbəb oldu. Əldə edilmiş yeni bilikləri daha da möhkəmləndirmək məqsədilə kimyəvi təcrübələr aparıldı.Şagirdlər aktiv metalların su ilə reaksiyasının şahidi oldular. Hər qrup öz fəallığını nümayiş etdirdi.
Dərsin təşkili, müxtəlif fəaliyyət növlərindən istifadə, müəllim-şagird münasibətinin düzgün qurulması dərsdə iştirak edən  müəllimlər tərəfindən yüksək qiymətləndirildi. Sonda Sink qrupu qalib gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi