31 Mart azərbaycanlıların soyqrımına həsr edilmiş tədbir keçirildi

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 31 mart 2018-ci il tarixində rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin   Təsviri Sənət qalereyasında növbəti tədbir keçirilmişdir.Bu tədbirdə məktəbimizin şagirdləri də iştirak etdilər. .Əvvəlcə tədbir iştirakçıları rəsmlərlə tanış olmuşlar.Sərgidə təqdim olunan rəsmlər tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva  çıxış edərək qeyd etmişdir ki,1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. .Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir

Sonra 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu. Tədbirin sonunda çəkdikləri rəsmlərə görə bir qrup  məktəbliyə Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi