Vətənpərvərlik mövzusunda “Dəyirmi masa”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 iyun 2015-ci il tarixli 189 N-li əmrinə əsasən təhsil müəssisələrində general “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” əmrindən irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə Bakı şəhəri 111 N-li tam orta məktəbin tədbirlər planına uyğun olaraq, şagirdləri görkəmli sərkərdənin həyat və fəaliyyəti ilə yaxından tanış edib , onları vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi ilə Cəmşid Naxçıvanskinin döyüş yolları haqqında maarifləndirici mövzuya həsr edilmiş “Dəyirmi masa” təşkil edilmişdir. Şagirdlərin hazırladıqları tanıtım çarxlarında qeyd olundu ki,Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Çıxışçılar bir-birinin ardınca maraqlı məlumatları dinləyicilərə çatdıraraq Cəmşid Naxiçivanski timsalında bir daha sübut etdilər ki, həyat – ömrün müddətinə görə deyil, bu ömrü necə yaşamağa görə qiymətlidir.Sonra tədbir iştirakçıları Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə hazırlanmış “Sərkərdə” televiziya filminə baxdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi