Dream Kids kompleksinə ekskursiya

25 fevral 2018-ci il tarixdə  məktəbin fizika müəllimi Abdullayeva Gülnarə və sinif rəhbəri olduğu 5c sinif sinifi  Dream travel şirkətinin rəhbərliyi ilə Mərdəkanın Şağyan kəndində yerləşən Dream Kids adlı 3mərtəbəli komplekse ekskursiyaya getdilər. Əvvəlcə şagirdlərə bina haqqında ətraflı məlumatlar verildi.Binada uşaqların istifadəsi üçün  5 emalatxana mövcuddur.Bunlar mini xalça muzeyi və xalçaçılıq,Keramika,Planetarium və Ebru sənətindən ibarətdir.Xalçaçılıqda  tək-tək uşaqlara  ilmə vurmağ öyrədildi.Keramika emalatxanasında uşaqlara ev şəraitində hansı  suvenirlər hazırlamağın mümkün olduğunuvə saxsı qablardan məişətdə necə istifadə olunması öyrədildi.

Sonra şagirdləri Planetarium adlı kinoteatra səfər etdilər.Burada uşaqlar kosmosun ecazkarlığını seyr etdilər və onlara kosmos haqqında görüntülü məlumat verildi.Son zamanlar populyarlaşan bir sənət olan Ebru sənətinin incəlikləri şagirdlərə öyrədildi.

Valideynlər üçün isə gözləmə zalı,mətbəx,karoke və uşaqları izləmək üçün manetorlu otaqlar var idi.      

Sonda Dream travel şirkətinin öz fotoqrafı şagirdlərə yadigar  şəkillər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi