“Onların sevincə ehtiyacı var”

18 dekabr 2015-ci il tarixdə məktəbimizdə fəaliyət göstərən məktəb icmasının irəli sürdüyü “Onların sevincə ehtiyacı var” aksiyası altında yeni layihə hazırladılar. 3A və 3C sinif şagirdləri öz əl işlərindən ibarət sərgidə satış təşkil etdilər.Satışdan əldə olunan gəlirlə 9B və 9C sinifləri ilə bərabər bu layihəyə qoşulan digər siniflər də öz sovqatlarını toplayaraq Mərdəkanda yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinə ziyarət etdilər.Burada olarkən onların həqiqətən də sevincə ehtiyacı olduğunu gördük.Özləri ilə musiqi alətləri aparan şagirdlərimiz şən musiqilərlə uşaqları sevindirdilər,bərabər rəqs edibYeni il sevincini birlikdə bölşdülər. İstədik, ya istəmədik, xoşumuza gəldi ya gəlmədi fərqi yoxdur, demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Uşaq evlərində olarkən diqqətimizi bir şey çəkdi, burdakı uşaqlar üçün gələn qonaqlar çox zaman əhəmiyyət kəsb etmir. Ancaq onları qınamaq olmaz. Çünki gələnlər onlara nə doğma ata olacaq, nə də ki, həsrətini çəkdikləri ana.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi