ANA Dili gününə həsr edilmiş tədbir keçirildi

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi  qeyd olunur. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.                 

21fevral 2018-ci il tarixdə məktəbdə Ana dili Günü münasibətilə tədbir keçirildi.Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər söyləyib, bədii kompozisiyalar nümayiş etdilər.

Sonda məktəbin direktoru Hacıyeva Jalə tədbirdə iştirak edən bütün şagirdlərə və qonaqlara  öz minnətdarlığını bildirdi,tədbirdə valideyn qismində iştirak edən Azərbaycan Respublikasının əməkdar artisti Mehriban Xanlarovanı təqdim etdi.Əməkdar artist çıxış edərək,tədbir boyunca xoş dəqiqələr və xoş hisslər yaşadığı üçün şagirdlərə öz minnətdarlığını bildirdi.Ulu Öndərin təbirincə deyilmiş”Mən fəxr edirəm ki,Azərbaycanlıyam”sözləri ilə çıxışını bitirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi