Çingiz Abdullayev ilə görüş

                        14 fevral 2018-ci il tarixdə Müasir Yarat İncəsənət Mərkəzində Azərbaycan yazıçısı, nasir, publisist  Çingiz Abdullayevla olan görüşdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlihə Əsədova və rəhbəri olduğu  8”b”sinif şagirdlərinin bir qrupu iştirak etdi.Söhbət zamanı Çingiz Abdullayev əsərlərinin ərsəyə gəlməsi,əsərlərinin qəhrəmanı,həyat və yaradıcılığı haqqında məlumat verdi.Hörmətli yazarımız şagirdlərə müxtəlif səpkidə əsərləri,xüsusi ilə də M.Ə. Sabirin,C.Məmmədquluzadənin,M.F.Axundovun yaradıcılığını izləməyi və mütaliə etməyi məsləhət gördü.Görüş zamanı onun səmimi,mehriban və anlayışla hər kəsə davranışı hamının diqqətini cəlb etdi.Şagirdlərimizin yazara verdikləri sualllar və aldıqları maraqlı cavablar,sonda çəkilən xatirə şəkilləri uzun müddət onların təəssüratlarında  qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi