"Kim güclüdür?!" devizi altında uşaqların idman yarışı

15 dekabr 2015-ci il tarixində məktəbimizdə "Kim güclüdür?!" devizi altında 3C və 3A sinfləri arasında uşaqların idman yarışı keçirilib.İlk olaraq yarış Azərbaycan Respublikasının Dövlət himnin səslənməsi ilə başlayıb.Yarışda məktəbin direktoru ,sinif rəhbərləri və müəllimlərə mentorluq dəstəyi məqsədi ilə məktəbizdə fəaliyyət göstərən Aynurə Orucova iştirak etdi.Yarışın keçirilməsində məqsəd kiçik yaşlı uşaqların idmana marağını artırmaq, zərərli vərdişlərdən və arzu olunmaz davranışlardan uzaqlaşdırmaqdır.Yarışlarda hər komandamın heyəti 20 iştirakçıdan (10 qız və 10 oğlan) ibarət olub. Proqrama 5 idman növü daxil idi:gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma, qapıya qol vurma, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet və basketbol topunun aparılması estafeti daxildir.Yarış uşaqların böyük sevincinə və ruh yüksəkliyinə səbəb oldu. Yarışda DOSTLUQ qalib gəldi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi