Gənc müəllimimizin uğuru

Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi   qayğının bir təzahürü  kimi fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunmuşdur.                                                                                   

  Şəhərimizin gözəl məkanlardan biri olan “Şərq Saray”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş 1500 nəfərdən çox qonağın iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir.  Gənclər tədbirinə  rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələrini, çoxsaylı qonaqlar dəvət olunmuşdur. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.Bu gənclərdən biri də məktəbimizin ibtidai sinif müəllimi Quliyeva Kəramət Vaqif qızı oldu.Müəlliməmiz Vətənə və torpağa bağlılıq hissinin artırılması istiqamətində səmərəli fəaliyyətinə görə diplomla təltif olundu. Bayram tədbiri  Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin,  2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi