Məktəbdə"20 Yanvar faciəsi”nin iyirmi səkkizinci ildönümü həsr edilmiş tədbir keçirildi

    19 yanvar 2018-ci il tarixdə məktəb üzrə birinci dərslər “20 Yanvar faciəsi”nin iyirmi səkkizinci ildönümünə həsr edildi. Məktəbdə Qanlı “20 Yanvar faciəsi” mövzusunda tədbir keçirildi.Tədbir açıq elan olunandan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi,şəhid olan vətən oğulları və qızlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.

    İlk öncə məktəbin direktoru J.Hacıyeva 20 yanvar gecəsi baş verən dəhşətli hadisələrdən söz açaraq bildirildi ki,”20 yanvar faciəsi” qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Biz həmin gecə Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları şəhid və əsl qəhrəman sayırıq. Uşaqların təqdim etdiyi səhnəciklər də maraqlı və təsirli oldu. Şəhid anasının fəryadının təsvir edildiyi səhnə xüsusilə qeyd olunmalıdır.Ardıcıl səslənən şeirlər,mahnılar“20 yanvar faciəsi”nin əsl ruhunu hər kəsə çatdıra bildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi