“Ən bacarıqlı və ən çevik riyaziyyatçılar” adlı viktorina keçirildi

15 yanvar 2018-ci il tarixdə məktəbin 8Ç sinifinin riyaziyyat müəllimi S.Ələkbərovanın rəhbərliyi və şagirdlərinin  iştirakı ilə riyaziyyat fənnindən “Ən bacarıqlı və ən çevik riyaziyyatçılar” adlı viktorina keçirildi.Tədbirə məktəbin riyaziyyat müəllimləri və valideynlər  də dəvət ollunmuşdu. Pifaqor,Divergent,Radikal ,İnteqral adları altında  iştirak edən komandalar ilk öncə öz devizlərini təqdim etdilər.Viktorinada qrupların daha da fəallığı üçün X sinif şagirdləri: Cəmilə,Günel,Sevinc,Aidə kurator qismində iştirak etdilər.

Qruplar üçün hazırlanmış suallar kuratorlar tərəfindən təqdim olundu,paylandı,yoxlanaraq müvafiq ballar verildi.İşgüzar səs-küy prosesində davam edən viktorina zamanı tapşırıqları  tez həll edən şagirdlərin fəallığı hamının diqqətini cəlb etdi

Sonda “Hər yerdə,hər zaman Pifaqor yüksəklərdə” devizinə sadiq ,Pifaqor komandası birinci yerə, Radikal komandası isə ikinci yerə layiq görüldü.Hər iki komanda mükafatlandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi