Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş telekörpü

2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız ümummilli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. «Gərək nəbzin vətənin nəbzi ilə vursun» -deyirdi ümumilli lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu.11 dekabr 2015-ci il tarixində 111 №-li tam orta məktəbdə ilk dərslər ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olundu.Dərs günü ərzində anım tədbirləri keçirildi. Anım gününü 3C sinif rəhbəri Cavadlı Aydan şagirdləri ilə bərabər Nərimanov rayon 258 saylı tam orta məktəbin 3-cü sinfi ilə telekörpü yaradaraq açıq dərs kimi qeyd etdilər.Azərbaycan Dövlət Himninin oxunuşundan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hər iki məktəbin şagirdləri qarşılıqlı şerlər söyləyib , ümummilli liderimiz Heydər Əliyevin fikirlərindən statlar gətirdilər.Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmlə tamaşa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi