“Ədəbiyyat biliciləri”müsabiqəsi davam edir

8 yanvar 2017-ci il tarixdə məktəbin Ana dili və Ədəbiyyat müəllimi  Məlihə  Əsədova və VIII sinif şagirdlərinin iştirakı ilə“Ədəbiyyat biliciləri”müsabiqəsinin davamı olaraq, məktəbin kitabxanasında görüş keçirildi.Görüşdə məktəbin direktoru J.Hacıyeva,təlim-tərbiyyə işləri üzrə direktor müavini R.İsmayılova  və kitabxanaçıları  A.Seyfullayeva,A.Qurbanova iştirak etdilər.Görüşün məqsədi  şagirdlərə qiraətin,bədii ədəbiyyatın onların nitqinə,sərbəst fikir yürütmələrinə çox böyük əhəmiyyət kəsb etdiyini aşılamaq idi. Şagirdlər bədii ədəbiyyatdan oxuduqları əsərləri təhlil edərək,əsər qəhrəmanları haqqında fikirlərini səlis formada ifadə etdilər.Onların bədii ədəbiyyata olan bu marağı görüşdə iştirak edənlərə xoş təsir bağışladı.Sonda bu görüşlərin davamlı olaraq keçiriləcəyi və Ağazadə Fərqanə,İbrahimli Bəhlul və Qasımov Kərimin “Ədəbiyyat biliciləri”müsabiqəsinin növbəti mərhələsinə buraxıldığı qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi