“Uşaqlar cəmiyyətimizin sabahıdır”adlı bayram tədbiri keçirildi

Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə məktəblilərin iştirakı ilə silsilə tədbirlər keçirilir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Uşaqlar cəmiyyətimizin sabahıdır”adlı  keçirilən bayram tədbirində  məktəbdə   təhsil alan IV və V sinif şagirdləri də iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının geniş foyesində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  uşaqlarının əl işlərindən ibarət sərgiyə baxdılar.Bayram şənliyi  Şaxta baba, Qar qız və nağıl qəhrəmanlarının uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam etdi. Tədbirdə iştirak edən hər bir uşağa bayram hədiyyələri təqdim olundu. Şagirdlər tədbirdən çox böyük təəssüratla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi