Şagirdlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğuna ekskursiya etdilər

19noyabr 2017-ci il tarixdə məktəbin VIII sinif şagirdləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq  Qoruğuna ekskursiya etdilər.Onları qarşılayan Qoruq bələdicisi şagirdlərə çox maraqlı və tarixi məlumatlar verdi.Onlara çatdırıldı ki, “İçərişəhər”, xalq arasında həm də “Qala  və ya sadəcə “Qədim şəhər” kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar saray kompleksi Azərbaycan memarlığının inciləri hesab edirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

            Ekskursiyada iştirak edən şagirdlər böyük həvəs və maraqla qoruqdakı maketləri,qədimi əşyaları,şəkilləri  izlədilər və bu gəzintidən çox böyük zövq aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi