Açıq dərslər

Biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Bildiyimiz kimi, məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirməlidir: şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişlər, eyni zamanda özünəinam formalaşdırmalı, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməlidir. Müasir cəmiyyətə müstəqil öyrənməyi, məqsədinə çatmaq üçün yollar tapmağı, bu və ya digər problemləri həll etməyi və problemin həlli üçün müxtəlif müasir informasiya mənbələrindən istifadə etməyi bacaran şəxsiyyətlər lazımdır. Məhz bütün bunları nəzərə alaraq müasir ümumtəhsil məktəbləri dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncələr irəli sürür.Məktəbimiz də heç bir layihədən geri qalmır və bu məqsədlə müxtəlif mövzuları əhatə edən açıq dərslər təqdim edir. Həm ibtidai həm yuxarı siniflərdə keçirilən açıq dərslərdə menter fəaliyətini xüsusi qeyd etmək istəyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi