Ulu öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs keçirildi

12 dekabr 2017-ci ildə VII”a” sinfində  Ulu öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs keçirildi.Dərsin keçirilməsində əsas məqsəd müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yeri şagirdlərə çatdırmaq idi. Dərsin gedişatında şagirdlərə Heydər Əliyevin həyatı,onun dövlətimiz üçün gördüyü səmərəli işlər haqqında qısa məlumat verildi,Ulu öndərimizə həsr olunmuş şeirlər söylənildi. Sonda Heydər Əliyevin keçdiyi həyat yoluna həsr olunmuş slayd nümayiş edildi. Şagirdlərə bir daha Heydər Əliyevin mühüm tarixi  şəxsiyyət olduğu, Azərbaycanın varlığının müstəqil dövlət kimi qorunub saxlanmasında onun yeritdiyi müdrik siyasətin əvəzsiz rol oynadığı çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi