Ulu öndərin anım günü münasibətilə silsilə tədbirlər keçirildi

 Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bəşər tarixinin ən parlaq şəxsiyyətləri ilə bir sırada duran, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin vəfatının 14cü ildönümü Vətənimizin hər bir guşəsində, soydaşlarımızın yaşadıqları bütün ölkələrdə dərin kədər hissi ilə qeyd edilir. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif  ictimai-siyasi quruluşlara təsadüf etsə də, ümummilli liderimiz daim doğma Vətənə, xalqa sonsuz məhəbbət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, həmişə milli maraqların müdafiəçisi və təminatçısı olmuşdur. Hələ sərt sovet rejimi dövründə o heç bir çətinliyə və maneəyə baxmayaraq Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərmiş və müasir, müstəqil, çiçəklənən dövlətimizin təməlini qurmuşdur. Onun siyasətinin gücü müdrikliyində, fitri istedadında, ölçülüb-biçilmiş qərarlarında, geniş dünyagörüşü, qətiyyətliliyində və siyasi iradəsində - bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi. Xalqımız tam əsasla dahi insan və böyük vətənpərvər Heydər  Əliyevi müstəqil Azərbaycanın banisi və memarı hesab edir.         

            111№li tam orta məktəbdə Heydər Əliyevin vəfatının 14cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi. 12 dekabrda ilk dərslər Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edildi. Bütün siniflərdə ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edildi,əziz xatirəsi anıldı. Ümumimilli liderin həyat və yaradıcılığı,siyasi baxışları,Azərbaycançılıq ideyaları,vətənpərvərliyini tərənnüm edən təqdimatlar səsləndi,Ulu öndərin ruhu qarşında hər kəs baş əydi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi