Məktəbdə ədəbiyyat fənni üzrə debat-müzakirə keçirildi

Bu gün VII”a” və VII”b” sinif şagirdləri arasında Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimovun  cənub mövzusunda yazdığı “Azad” hekayəsi üzrə debat-müzakirə oldu. Şagirdlər əsərin ideya və süjet xəttini müəyyənləşdirərək hər bir obraz haqqında öz fikirlərini söylədilər. Əsərin əsas mövzusu olan saf dostluq, ana-övlad münasibətləri,vətənpərvərlik hissləri,vətən sevgisi şagirdlərin daha çox diqqətini çəkdi. Onlar əsərin qəhrəmanları olan Azad və Fərdanın öz torpaqları uğrunda apardıqları mübarizənin hal-hazırda işğal altında olan torpaqlarımız uğrunda mübarizə aparan qəhrəman oğullarımızın mübarizələri ilə eyni olduğunu qeyd etdilər. Sonra şagirdlər öz sözlərini əsərdən “Yaşamaqçün ölməliyik” və bir də yazıçının digər bir mövzuda yazdığı “Gələcək Gün ” romanından götürdükləri fikirləri ilə tamamladılar.

O gün  gələcək Azərbaycan xalqının da üfüqlərində günəş doğacaq. Bəli, gün gələcək, Qarabağ səmalarından qara buludlar həmişəlik çəkiləcək.

Sonda VII”a” sinif şagirdi  Abbasova Aysu Xəlil Rza Ulutürkün “O sahildə,bu sahildə” şeirini söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi