Məktəbdə "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi" keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 229№li  15.11.2017-ci il tarixli əmrinə əsasən 30 noyabr tarixdə R.Nəsirov adına 111№li  tam orta məktəbdə IX və X sinif şagirdləri arasında “Gənc kimyaçıların  yaradıcılıq müsabiqəsi” keçirildi.

Müsabiqədə həm rus həm azərbaycan bölməsinin şagirdləri müxtəlif qruplarda iştirak etdilər. Müsabiqədə iştirakçılar bir saat otuz dəqiqə ərzində tədris proqramlarına uyğun keçdikləri mövzular üzrə kimya fənninə aid 25 sualdan ibarət test tapşırığı və 5 məsələ həll etdilər. Eyni zamanda müsabiqə müddətində  şagirdlər qruplar şəklində  təcrübələrin aparılmasında da  iştirak etdilər."Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin keçirilməsində əsas məqsəd məktəblilərin kimya elminə olan marağını daha da artırmaq, bu sahədə nəzəri və təcrübi bilikləri təkmilləşdirməkdir. Belə müsabiqələrin keçirilməsi gələcəyin mütəxəssislərinin hazırlanmasında böyük əhəmiyyətə malikdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi