Yol təhlükəsizliyi məktəblilərin obyektivində

29 Noyabrda  Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) İctimai Birliyi tərəfindən yol təhlükəsizliyi mövzusunda Bakı məktəbliləri arasında keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə iştirak edən uşaqlar şəkil,plakat,video,şüar və kreativ işlər  nominasiyaları üzrə işlər təqdim ediblər. Bu tədbirdə məktəbimizin  5”B” sinif şagirdi Məmmədov Emil kreativ işlər nominasiyası  üzrə təşkil olunan müsabiqədə fəal iştirakına görə Diplom ilə təltif olundu. Bu müsabiqənin məqsədi yaradıcı yeniyetmələrin üzə çıxarılmasından ibarət idi. Şagirdimizə gələcəkdə daha böyük nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi