Payız tətilinin ilk gəzintisi

Hər bir xalq öz tarixi ilə öyünür. Təbii ki, tarixə heç bir xalq biganə qala bilməz.

Bildiyimiz kimi, dünyanın ən qədim tarixə malik xalqlarından biri də Azərbaycan xalqıdır. Buna Azıx mağarasından tapılan 18-22 yaşlı qadının alt çənə sümüyü sübutdur.Bu və digər əyani sübutları görmək üçün payız tətilinin ilk günü R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin 5 “b” sinif şagirdləri sinif rəhbərləri Kəmalə Cəfərova və tarix müəllimi Vüsalə Mehdiyevanın rəhbərliyi ilə Milli Azərbaycan Tarix muzeyinə ekskursiya etdilər. Şagirdlər oradakı eksponatları gördükcə necə bir qədim "Odlar Yurdu"nun övladları olduqları üçün fəxr etdilər,tarixdən oxuduqları  sazişləri öz gözləri ilə gördülər, sərkərdələrimizin geyimləri və döyüşləri haqqında çoxlu məlumat aldılar..

 Muzeydəki qədim tapıntılar:  rəngi hələ də solmamış parça qalıqları, küplər, skeletlər, xəritələr, bayraqlar, qədim geyimlər və s. bir sözlə, keçmişimizi özündə əks etdirən hər bir sübut onu göstərir ki, tarixin süzgəcindən keçib gəlmiş bu qədim türk xalqı hələ də öz əzəmətini qoruyub saxlayır. Bu ekskursiya  şagirdlərin   xatirələrində həmişə  qalacaq. Bu gəzinti bir şagird  kimi onlar  üçün vacib idi. Çünki, tarixə biganə qalmaq olmaz. Keçmişi olmayan xalqın gələcəyi olmaz. Hər bir şagird gələcəyin təmsilçisi olaraq bu tarixi dərindən bilməli, öyrənməli və qorumalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi