"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur-aksiyada məktəbimizin şagirdləri iştirak etdilər

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyada məktəbin 10”b” sinif şagirdləri Qurbanəliyeva Humay və Şahverdiyeva Nərgiz iştirak etdilər.

"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici  tur –aksiyada iştirak edəcək Nəsimi rayon məktəbliləri ilə görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır.Belə turların təşkili doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.Məktəbin şagirdlərinin belə bir turda iştirakı onlara fəxarət hiss etdirdi.

Yola salınma tədbiri çox möhtəşəmliklə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi