“Icbari dispanserizasiya marifləndirmə”

Uşaqlar gələcəyimizdir, hər bir valideyn övladlarının sağlam böyüməsini arzulayır. Ancaq bu məsələyə sistemli yanaşmamaq bəzən ciddi problemlərə yol açır. Artıq Prezidentimizin təşəbbüsü ilə "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi ortaya qoyulub. "0" yaşdan 18 yaşa qədər uşaq yaşı hesab olunur. Azərbaycan da uşaqlar təxminən əhalinin yarısını təşkil edir. İlk addım olaraq əhalinin yarıbayarı hissəsinin - gələcəyimiz olan uşaqların dispanserizasiyası, sağlamlığı bu gün vəzifə olaraq qarşıya qoyulubsa, demək, biz sabahımızı indidən təmin edirik. Bu məsələdə dövlətin üzərinə düşən vəzifələrindən birincisi odur ki, dövlət dispanserizasiyanın qaydasını müəyyənləşdirəcək. Yəni müəyyənləşdiriləcək ki, uşaqların icbari dispanserizasiyası harada, məsələn, məktəbdə, poliklinikada aparılacaq və ya necə olacaq. İlk növbədə bu qaydalar müəyyən edilməsindən söhbət gedir. Başqa sözlə, dövlət tədbirləri təşkil edir, yüksək keyfiyyətinə təminat verir, vaxtında həyata keçirilməsini təmin edir.Bu məqsədlə də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslatlar mərkəzinin nümayəndələri Şəhla Mirzəzadə,İnara Makayeva və Asif Eminov “Icbari dispanserizasiya marifləndirmə”adı altında Nəsimi rayon 111 №-li məktəbdə VII,VIII sinif şagirdləri,I və II sinif valideynləri ilə görüş keçirtdi.Görüşdə iştirakçılara dispanserizasiya haqqında geniş məlumatlar verildi. Uşaqları maraqlandıran suallar nümayəndələr tərəfindən tam aydınlığı ilə cavablandırıldı və sonda şagirdlərə sağlam qidalanmanın xüsusiyyətləri, Qan təziqi səviyyələrinin təsnifatı,Əllərimizi necə yuyaq,Gigiyeniya qaydaları haqqında bukletlər paylandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi