Əsrin bəlası

Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdirTəkcə yaxşı şeylərin tarixi olmur. Tarixə baxsaq, görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyilBu gün Nəsimi rayon 111 №-li məktəbdə də narkomaniya əlehinə tədbir təşkil olundu.Tədbirdə Nəsimi icra hakimiyyətindən gəlmiş nümayəndələr, Nəsimi rayon Polis İdarəsinin rəis müavini Mehman Əliyev,İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi Vüsal Rüstəmov,Nəsimi rayon Polis idarəsinin Veteranlar Şürasının sədri Məcid müəllim, yetkinlik yaşına çatmayanlar üzrə işin təşkili bölməsinin inspektoru Faiq Sayadov, məktəbin yuxarı sinif şagirdləri,müəllimlər iştirak etdilər. Tədbirdə iştirak edən qonaqlar şagirdlərə narkomaniyanin törədə biləcəyi fəsadları açıqlayıb,kimlərdən necə ehtiyyatlı olmaq lazım olduğunu izah etdilər.Çıxışçılar bildirdilər ki,Narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və.s. lazımdır. Şagirdlər onları maraqlandıran sualları verib və aydın cavablar əldə etdilər.Tədbirin sonunda narkomaniyanin törətdiyi fəsadların qurbanları olmuş şəxslərin söhbətlərindən ibarət video roliki izləyən şagirdlər görüşdən daha məlumatlı ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi