Qobustana səyahət

Qobustan dövlət tarixi-bədii qoruğu – Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var.Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir. Bu tarixi məkan böyüklərlə bərabər uşaqlarında həmişə görmək istədiyi bir məkandır, hər kəsə keçmişi əyani göstərən ,o dövrün yaşam tərzini real əks etdirən bədii bir qoruqdur.Tarix öz keçmişimizi bizə öyrədən elmdir.Məktəbimizin də VIB sinif şagirdləri tarix müəllimləri Elnarə Qurbanova ilə keçmişi bizə çatdıran Qobustana ekskursiya etdilər. Burada uşaqların ən çox maraq dairəsində olan Qaval daş və tarixi eksponantlar oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi