9 noyabr Dövlət Bayraq günü münasibətilə tədbir keçirildi

9 noyabr Azərbaycanda Dövlət Bayraq günüdür.1918-ci ildə üçrəngli bayraq Xalq Cümhuriyyətinin dövlət rəmzi kimi qəbul olunub.Bununla əlaqədar bu gün məktəbimizdə əlamətdar günə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirildi.Azərbaycan Respublikasının Dövlət himninin ifasından sonra məktəbin direktoru,J.Hacıyeva tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, dövlət bayrağımız milli kimliyimizdən, dini inancımızdan və müstəqillik uğrunda mücadilələrdə şəhidlərimizin qanından rəng almışdır. Üçrəngli bayrağımız tarixin kəşməkəşli yollarından keçmişdir, ona görə də hər bir azərbaycanlı üçün olduqca müqəddəsdir. Azərbaycan bayrağı zəmanəmizdə milli ləyaqət rəmzidir. Onu başımız üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər birimizin şərəf borcudur. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini R.İsmayılova da tədbirdə iştirak edənləri öz çıxışı ilə salamladı. Tədbirdə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şeir və mahnılar səslənmiş, ədəbi kompozisiya sərgilənmişdir. Şagirdlər dövlət rəmzi olan Bayrağı başları üzərində dalğalandıraraq bildirdilər ki,Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri də onun Milli Bayrağı – Dövlət bayrağıdır. Heç kəsə sirr deyil ki, “Bayraq” bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan dövlət rəmzidir və onu göz bəbəyi kimi qoruyub ,vətənə layiqli olmaq biz şagirdlərin müqəddəs borcudur. Sonda milli geyimli şagirdimiz öz rəqsi ilə hər kəsi bayram münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi