Məktəbdə Bayraq günü ilə əlaqədar sərgi keçirildi

Bayraq müqəddəsir. O, təmsil etdiyi millətin varlığı qədər qiymətlidir. Bayraq məxsus olduğu dövlətin müstəqilliyini və şərəfini təmsil edir və bu səbəbdən uğrunda can fəda etmək qəhrəmanlıq kimi qəbul edilir:Bayraqları bayraq edən üstündəki qandırTorpaq əgər ugrunda ölən varsa, Vətəndir.2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmuşdurur Bu münasibətlə 6 noyabr tarixdə məktəbin foyesində 9 noyabr Bayraq günü ilə əlaqədar sərgi təşkil olundu. Sərgiyə şagirdlər tərəfindən hazırlanmış müxtəlif əl işləri,simvollar,suvenirlər təqdim edildi.Sərgi hər kəsin böyük marağına səbəb oldu. Bayram ərəfəsində belə bir sərginin təşkil edilməsi şagirdlərin vətən sevgisinin,vətənpərvərlik ruhunun bariz nümunəsi idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi