“Yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyətləri” adlı dəyirmi masa keçirilidi

01.11.2017-ci il tarixdə məktəbdə 8”a” sinif şagirdlərinin iştirakı ilə“Yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyətləri” adlı dəyirmi masa keçirilidi.Dəyirmi masada məktəbin psixoloqu F.Qənbərova,məktəbin direktoru J.Hacıyeva,ədəbiyyat müəllimi Y.Qurbanəliyeva ,məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini N.Əbilova iştirak etdilər.Müzakirədə yeniyetmə-müəllim,yeniyetmə-valideyn,yeniyetmə-məktəb münasibətləri öz əksini tapdı.Şagirdlər bu mövzuya öz münasibətlərini bildirərək yeniyetməlik dövrünün insan həyatında ən mənalı günlərindən olduğunu,məhz bu dövrdə sevgi,sağlam ailə,təhsil,karyera mövzuları ətrafında düşüncələrin formalaşdığını bildirdilər.Eyni zamanda bu dövrdə onlara arxa olan,onları duyan valideynlər və müəllimlər haqqında mükəmməl fikirlərini söylədilər.Müzakirələr zamanı dəyirmi masada iştirak edən qonaqlar da mövzuya öz münasibətlərini bildirərək hər zaman yeniyetmələri anlamaq,onlara arxa olmaq,sevgi və etibarlarını qazanmağı özlərinə vacib amil olduğunu qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi