Məktəbdə “Mən kim olmaq istəyirəm?” mövzusunda təqdimat keçirildi

23.10.17-ci il tarixdə məktəbin 6”b”sinfində “Mən kim olmaq istəyirəm?” mövzusunda təqdimat keçirildi. Təqdimatda məktəbin psixoloqu F.Qəmbərova ,təlim-tərbiyə işləri direktor müavini R.İsmayılov,sinif rəhbəri R.Bagırova iştirak etdilər.Onlar şagirdlərin gələcəkdə öz peşə seçimləri ilə bağlı fikirlərini çox diqqətlə dinlədilər. Onlardan bəziləri müəllim,bəziləri həkim ,hakim olmağı arzuladı.Kimi hələ də uşaq yaşlarından texnikaya maraq göstərdiyini,böyüyəndə də bu yolu tutacağını bildirdi.Bu şagirdlər arasında jurnalist,idmançı olmaq istəyənlər də var idi. Şagirdlər təqdimat zamanı çox maraqlı fikirlər söyləyərək bildirdilər ki, tək arzu ilə iş bitmir.Yaxşı mütəxəssis olmaq üçün öz üzərlərində çox çalışmalı, dünyavi biliklərə yiyələnməli , müasir texnologiyanı öyrənmək lazımdır.Şagirdlərin sərbəst şəkildə öz fikirlərini ifadə etmələri təqdimatda iştirak edən qonaqlarda müsbət təəssürat yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi