Məktəbdə uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştirakına görə diplom təqdim edildi.

Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.20 oktyabr 2017-ci il tarixdəNəsimi İcra hakimiyyəti tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə 111 saylı tam orta məktəbin təhsildə fərqlənən, idman və musiqi sahəsində xüsusi istedadı olan, həmçinin olimpiada və bilik yarişlarının qalibləri və məcburi köçkün ailələrindən olan məktəblililəri də iştirak etdilər.Keçirilən tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 111 saylı tam orta məktəbə uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştirakına görə diplom təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi