Məktəbdə“Gənclər vətənpərvərlik ruhunda” mövzusunda elmi-nəzəri praktik konfrans keçirildi

Bu gün məktəbdə “ Gənclər arasında Vətənpərvərlik Tərbiyəsinin Təşviqi” adlı layihə çərçivəsində “Gənclər vətənpərvərlik ruhunda” mövzusunda elmi-nəzəri praktik konfrans keçirildi . Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri M.Əliyev,eyni zamanda Birliyin üzvləri İ.Əzimov, H.Cavadov, Ş.Tağıyev iştirak etdilər. 111 saylı tam orta məktəbin direktoru J.Hacıyeva tədbiri açıq elan etdikdən sonra bir dəqiqəlik sükutla Ulu öndər Heydər Əliyev və şəhidlərimizin ruhu yad edildi.Konfransda çıxışçılar bildirdilər ki,olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə,millətə xidmət etməyi birləşdirirsə,bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır.Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş və bu gün də aktual olaraq qalır. Bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək,mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutur. Tədbirdə söz alan şagirdlər də mövzu ətrafında öz fikirlərini bildirdilər və qeyd etdilər ki,vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə,gördüyü işlərlə sübut etməlidir. Sonda müharibə iştirakçısı polkovnik İslam Əzimov çıxışında bildirdi ki, Vətənim Azərbaycanın vüqarı şərəfi naminə hər zaman canımdan da, qanımdan da keçməyə hazıram.Sonda qonaqlarla xatirə şəkli çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi