Məktəbdə 5”b” sinfinin “Hüquqlarımızı öyrənək və öyrədək “ mövzusunda təqdimatı keçirildi

3 oktyabr tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin 5”b” sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbir uşaqların öz hüquqları haqqında məlumatlandırılması və bu hüquqların pozulmaması məqsədini daşıyırdı. Tədbirdə məktəbin direktoru J.Hacıyeva, tərbiyə işləri üzrə direktor müavini N.Abilova, məktəbin psixoloqu F.Qənbərova da iştirak etdilər. Aparılan söhbətlər və dialoqlardan şagirdlər öyrəndilər ki, onlar iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malikdirlər və onların hüquqları dövlət tərəfindən hər zaman müdafiə olunur.Şagirdlər isə öz növbəsində hüquqlarını nümayiş etdirən maraqlı səhnəciklər, sevinclərini özündə əks etdirən mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi