Məktəbdə ''Sülh aylığı'' çərçivəsində rəsm təqdimatı keçirildi

Hər il 21 sentyabr Dünya ölkələrində Beynəlxalq ‘’Sülh günü’’ kimi qeyd olunur. Bütün təhsil müəssisələrində hər il olduğu kimi bu il də, 21avqust-21sentyabr tarixləri ‘’Sülh aylığı’’ elan edilmişdir. ’’Sülh aylığı’’ çərçivəsində bir çox kütləvi maarifləndirmə tədbirləri keçirilmişdir. 29 sentyabr tarixdə məktəbin rəssam şagirdləri bu mövzuda öz rəsmlərini təqdim etdilər. Bu mövzunun keçirilmə məqsədi şagirdlərin istedadlarının üzə çıxarılması, mənəvi inkişafı ,asudə vaxtlarının düzgün təşkili,onların cəmiyyətin mədəni həyatında inkişafını təmin etməkdir. Balaca rəssamlar akril boyalarla parça üzərində ‘’Göyərçin sülh rəmzidir!’’ ,’’Həyatı bizimlə sevin!’’, ‘’Yer kürəsi bizim evimizdir!’’ adlı rəsmlərini təqdim etdilər. Xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa böyük maraq göstərən şagirdlərin əl işləri hamının böyük marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi