Məktəbdə ''Hüquqlarımızı bilək və qoruyaq'' adlı diskusiya keçirildi

R Nəsirov adına 111 nömrəli tam orta məktəbdə 25 sentyabr tarixdə ‘’Hüquqlarımızı bilək və qoruyaq’’ mövzusu adı altında diskusiya keçirildi. 7 ’’a’’ sinif şagirdlərinin və sinif rəhbəri,məktəbin tarix müəllimi Xatirə Fehruzzadənin rəhbərliyi ilə keçirilən diskusiyada məktəbin direktoru J.Hacıyeva, məktəbin psixoloqu F.Qənbərova və təşkilatçı N.Abilova da iştirak etdi. Diskusiyada şagirdlər öz iqtisadi,sosial, mədəni və hətta siyasi hüquqlara malik olmalarını vurğuladılar.Şagirdlər bu bilgilərin gələcəkdə onlara öz potensiallarının tam inkişafına olan ehtiyaclarını, onların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən etmələrinə kömək edəcəyini vurğuladılar.Eyni zamanda şagirdlərə qanunlarımız, Konstitusiyamız haqqında məlumat verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi