Məktəbdə «15 sentyabr - Bilik günü» qeyd olundu

15 sentyabr yeni tədris ilinin başlanması - Bilik günü respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə də böyük təntənə ilə qeyd edildi. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıq elan edərək bildirdi ki, Bilik günü- bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradan həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.Bu gün övladlarımıza Azərbaycanda yaşamaq xoşbəxtliyi nəsib olub.Eyni zamanda J.Hacıyeva bildirdi ki,Təhsil Naziri cənab Mikayıl Cabbarovun müvafiq sərəncamı iləbütün təhsil ocaqlarında ilk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr ediləcək.Sonra tədbirdə qonaq qismində iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi və Nəsimi rayon 20 yanvar Əlillər Cəmiyyətinin sədri ürək sözlərini bildirərək şagirdlərə yeni tədris ilində uğurlar arzu etdilər. Məktəbin məzunu,qızıl medal almış,qəbul imtahanlarında rekorda imza ataraq 700 bal toplamış, prezident təqaüdçüsü Hüseynova İlhamə də çıxış edərək Bilik günü münasibəti ilə hamını təbrik etdi, ona dərs deyən, qazandığı uğurlarda əməyi olan hər bir kəsə borclu olduğunu bildirdi, şagirdlərə müəllimlərindən bilik, elm almağı, milli dəyərləri üstün tutan ləyaqətli şəxsiyyət olmağı tövsiyyə etdi. Bayram şənliyi birincilərin ifasında mahnılarla davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi